Rahid Əmirquliyev: "Çalışacağıq ki, səfərdən də 3 xalla qayıdaq"

Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ" öz meydanında Yunanıstanın PAOK klubunu 2:0 hesabı ilə məğlub edib.

Newsport.az-ın məlumatına görə, oyundan sonra "Qarabağ"ın ikinci qolunun müəllifi Rahid Əmirquliyev jurnalistlərin suallarını cavablandırıb:

 
"Mən deməzdim ki, PAOK-la oyun həlledici idi. Bizim qarşıda üç oyunumuz var. Düzdü, PAOK-a uduzsaydıq şanslar azalırdı. Bizim üçün çox çətin oyun keçdi. Rəqib bu il keçirdiyi oyunlarda demək olar ki, məğlub olmurdu. Ona görə oyuna çox yaxşı hazırlaşmışdıq".
 
- Bu qələbəni PAOK-la səfər oyunundan öncə komanda üçün əlavə stimul saymaq olar?
- Düzdü, qələbə həmişə stimul verir. Ancaq PAOK-dan öncə bizim "Neftçi" ilə oyunumuz var. İndi "Neftçi" barədə düşünürük. "Neftçi" ilə oyundan sonra Saloniki səfəri haqda danışmaq olar. 
 
- Ot örtüyünün vəziyyəti necə idi?
- Keçən oyunlara nisbətən bu gün daha yaxşı idi. 
 
- Qol epizodu zamanı zərbəni vurmağa gecikdin. Nə fikirləşirdin?
- Qapıçını keçmək istəyirdim. Sonradan gördüm ki, müəyyən boşluq var. 
 
- Bu gün PAOK-u daha yaxşı tanıdınız. Bu komandanı səfərdə də məğlub etmək olarmı?
- Çalışacağıq ki, səfərdən də 3 xalla qayıdaq. 
 
- Etiraf edək ki, 1:0 sürüşkən hesabdı. Hesab 2:0 olandan sonra qələbə qazandığınızı hiss edirdin?
- Düzdü, ikinci qol son dəqiqələrdə gəldi. PAOK çox təhlükəli komandadı. Bu komanda ilə sona qədər oynamaq lazımdı. Biz də sona qədər belə oynadıq. İstəmirdik ki, qol buraxaq. 
 
- Rəqibin "Qarabağ"dan üstün cəhətlərdi hansılardı?
- Deməzdim ki, onlar bizdən üstün oynadı. PAOK komanda oyunu oynayır. Rəqibin heyətində sürətli oyunçular var. Ancaq bu gün onlara oynamaq imkanı vermədik. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right