“Hər üç rəqibimizdən zəifik” - Qriqorçuk

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun “Sent-Etyen” (Fransa) – “Qəbələ” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

Newsport.az sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir: 

“Nəticədən üzgün dəyilik. Belə oyuna görə məyus ola bilmərik.  Rəqib oyuna görə qalib gəldi. Onlar daha üstün oynadılar və qol vurmaq imkanları da oldu. Düşünürəm ki, hesab oyuna görə idi. Amma bu nəticəyə sevinə də bilmərik. Lakin çox üzülməyə də əsasımız yoxdur. Çünki çox güclü komandaya uduzmuşuq.

Təxminən 3 il əvvəl “Çernomorets”in baş məşqçisi olduğum vaxt Fransada “Lion”la keçirilən qarşılaşma ilə indiki oyunu müqayisə edə bilmərəm. Çünki fərqli vəziyyətlərdir. Həmin vaxt biz qrupdan çıxmışdıq və Fransa klubunu da keçə bilərdik. Lakin indi biz Avropa Liqasındakı matçlar hesabına təcrübə qazanırıq.

Görürəm ki, hər üç rəqibimizdən zəifik. Düşünürəm ki, bu qarşılaşmalardan öyrənirik. Bu da komandamıza lazımdır. İnanıram ki, komanda daha güclü olacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right