“Qarabağ”da ciddi itki

Avropa Liqasının qrup mərhələsində bu gün PAOK-la qarşılaşacaq “Qarabağ” ciddi itki ilə üzləşib.

Newsport-ın xəbərinə görə, komandanın yarımmüdafiəçisi Migel Madeyra zədə səbəbindən bugünkü matçı buraxacağı dəqiqləşib. 

Bundan başqa, hücumçu Reynaldo Silva və müdafiəçi Rəşad Sadıqov da zədəlidir. Onların meydana çıxıb-çıxmayacağı isə hələ dəqiqləşməyib.

Qeyd edək ki, “Qarabağ” – PAOK matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right