Rahid Əmirquliyev: "PAOK məğlubiyyət nədir bilmir"

"Son oyunlarda PAOK məğlubiyyət nədir bilmir. Olduqca gözəl oyun sərgiləyirlər və nəticələri də göz önündədi. Çətin olacaq, ancaq əlimizdən gələni edəcəyik ki, 3 xal qazanaraq azarkeşlərimizi sevindirək".

Newsport.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Rahid Əmirquliyev deyib.

Ağdam klubunun aparıcı üzvlərindən olan Rahid qələbə qazanmaq üçün hər şey edəcəklərini bildirib:

"Hələ ki, qrupda qələbə qazana bilməmişik. Qrupdan çıxmaq iddialarımızı isbatlamaq üçün qələbə qazanmağımız əsasdı. Baş məşqçimiz də bizi bu oyuna maksimum dərəcədə kökləyib. Qalır nəticə qazanmaq. Bu gün əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq".

Qeyd edək ki, "Qarabağ" - PAOK matçı saat 21:00-da başlayacaq.

İdmanxeber.com





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right