“Sent Etyen” “Qəbələ” ilə oyuna ciddi itkilərlə çıxacaq

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ” qrup mərhələsinin III turunda səfərdə Fransanın "Sent Etyen” klubunun qonağı olacaq.

Newsport.az-ın məlumatına görə, Fransa təmsilçisi bu gün keçiriləcək qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Belə ki, komandanın baş məşqçisi Kristof Qaltye 7 aparıcı futbolçusunun xidmətindən istifadə edə bilməyəcək. Söhbət komandanın əsas qapıçısı Stefa Ruffye (cəzalı), müdafiəçilər Pyerr-Yves Paloma, Jeremi Klemen, Benjamin Kornye, Fabyen Lemuan, Habib Mayqadı və komandanın aparıcı hücumçusu Romen Amumadan gedir. Adıçəkilən futbolçular zədə səbəbindən "Qəbələ” ilə matçda iştirak etməyəcəklər. 

 
Qeyd edək ki, "Joffrua Qişar” stadionunda keçiriləcək "Sent-Etyen” – "Qəbələ” oyunu Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right