"Sent-Etyen"in baş məşqçisi: "Buna görə də "Qəbələ"dən çəkinirik"

"Sent-Etyen" UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda öz meydanında “Qəbələ” ilə qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, Fransa təmsilçisinin baş məşqçisi Kristof Qaltye mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu oyunu hər iki komanda üçün həlledici saymaq olar?

- Ötən il 3-cü və 4-cü turda “Dnepr”lə qarşılaşmışdıq və qalib gəlmişdik. Eyni mənzərədir. “Qəbələ” ilə oyunlar çox vacib oyunlardı, amma həlledici saymaq olmaz.

- “Qəbələ”ni necə rəqib hesab edirsiz?

- Düşünürəm ki, bu turnir üçün “Qəbələ”nin üzərində heç bir təzyiq yoxdur. Avropa Liqasının təsnifat mərhələsində “Maribor” və “Lill” kimi klubları mübarizədən kənarlaşdırmağı bacarıb. Təcrübəli komandaları üstələməyi bacarıbsa, deməli, ehtiyatlı olmalıyıq. Buna görə də “Qəbələ”dən çəkinirik. 

- Hücum futbolu oynayacaqsız?

- Bəli, biz hücum futboluna üstünlük verəcəyik. “Dijon”la son matçda qol vura bilməmişdik. Bir az narahatçılıq var. Bunu aradan qaldırmalıyıq. Zədəli futbolçular da artıq kollektivə qoşulublar. Oyuna tam hazırıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right