Bezotosnı: "Hər matçı qol buraxmadan keçirmək istəyirəm"

"Əsas odur ki, matç zamanı meydan yaxşı səviyyədə olsun. Bu stadionda məşq etməməyimiz problem olmayacaq”.

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı deyib.

Avropa Liqasının qrup mərhələsinin III turunda səfərdə "Sent-Etyen”lə qarşılaşacaq əyalət təmsilçisinin ukraynalı qapıçısı mətbuat konfransında oyun haqqında qısa açıqlama verib:
 
"Baş məşqçi sabahkı oyunda kapitan olmağımı istəyir. Qapıçı da digər futbolçular kimi oyunçudur. Onun da kapitan kimi meydana çıxması mümkündür. Bu, sadəcə əlavə məsuliyyətdir. Əslində qolkiperin kapitan olması ciddi fərq eləmir. İstəyərdim ki, hər matçı qol buraxmadan keçirmək istəyirəm. Yaxşı oyun nümayiş etdirmək, xallar qazanmaq istəyirəm”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right