“Qarabağ”la oyunda yaxşı nəticə əldə etmək etmək niyyətindəyik"

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”la qarşılaşacaq PAOK-un futbolçusu Stelios Malezas oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, o, öncə bunları söyləyib:

- Komandada ruh yüksəkliyi var. “Qarabağ”la oyunda yaxşı nəticə əldə etmək etmək niyyətindəyik.

- Zədədən sonra vəziyyətin nə yerdədi?
- Artıq daha yaxşıyam. Sabahkı oyuna özümü hazır sayıram.

- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabahkı oyunda qələbənin onlara daha vacib olduğunu deyib...
- Qələbə “Qarabağ”a lazım olduğu qədər bizə də lazımdı. Rəqib yaxşı komandadı. Əlbəttə, öz meydanında yaxşı nəticə əldə etməyə çalışacaq.

- Fakundo Pereyra “Qarabağ” barədə sizə hansı məlumatları verib?
- Onunla danışmışıq. Öz bildiklərini bizimlə bölüşüb. Ümumi olaraq, ölkə barədə müsbət fikirlər bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right