"Bizi sabah çətin oyun gözləyir" - PAOK-un baş məşqçisi

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah Bakıda “Qarabağ”ın qonağı olacaq PAOK-un baş məşqçisi Vladimir İviç oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, o, öncə bunları söyləyib:

- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabahkı oyunda qələbənin onlara daha vacib olduğunu deyib...

- Mənim komandam həmişə ən yaxşı nəticəni əldə etmək üçün meydana çıxır. Sabah da belə olacaq. Məqsədimiz qalib gəlməkdi.

- PAOK və “Qarabağ”ın qrupdakı şanslarını necə dəyərləndirirsiz?
- “Qarabağ”ın əvvəlki oyunlarına da baxdıqda görürük ki, bizi sabah çətin oyun gözləyir. Bu komanda sabah sonadək mübarizə aparacaq. Komandamdan sabah yaxşı oyun gözləyirəm. Qarşımızdakı komandanın gücünün fərqindəyik. Ancaq inanıram ki, futbolçularım sonadək mübarizə aparacaqlar. Sabahkı oyunda şansları 50/50-yə dəyərləndirirəm.

- Bu həftə PAOK üçün məsuliyyətli həftədi. Qarşıda “Olimpiakos”la oyun var. Həmin oyunda köklü dəyişiklik ola bilər?
- Dəyişikliklər gözlənilir. Ancaq köklü dəyişiklik olacağını düşünmürəm. Komandada zədə olmasa, dəyişiklik olmayacaq.

- PAOK azarkeşləri komandanı “Qarabağ”a, yoxsa “Olimpiakos”a məğlubiyyətə görə bağışlamaz?
- İstənilən məğlubiyyət azarkeşlər tərəfindən bağışlanmır.

- Doğma meydan, oturuşmuş heyət, doğma azarkeşlər - bunlara görə “Qarabağ” sabah qələbəyə ümid edir. Siz nəyə ümid edirsiz?
- Komanda tam hazırdı. Birinci dəfə deyil ki, səfərdə oynayırıq. Biz səfərdə də oynamağı bacarırıq. Bizim üstünlüyümüzə gəlincə, komandamın tam olaraq bu oyuna köklənməsini üstünlüyümüz kimi qəbul edə bilərəm.

- PAOK-un hücum xəttində problemləri var. Ancaq buna baxmayaraq, komanda nəticə əldə edə bilir...
- Sizinlə razıyam. Elə olur ki, bir oyunda 15 qol vəziyyəti yaradırıq, ancaq 1-dən istifadə edə bilirik. Bunun üzərində işləyirik. Ancaq buna ciddi problem kimi baxmırıq. Məncə, az qolla olsa da, əsas olan nəticə qazanmaqdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right