Qurban Qurbanov: "Onu həyatda bağışlamamışam"

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah PAOK-la qarşılaşacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, o, öncə bunları söyləyib:

- Hamımız oyunun əhəmiyyətli olduğunun fərqindəyik. Yaxşı nəticə əldə etmək üçün ən doğrusunu etməyə çalışacağıq. Komanda oyuna hazırdı. Amma bir neçə itkimiz var. Futbolçularla söhbətimiz olub. Rəqibi ətraflı müzakirə etmişik. PAOK-un 4 xalı var, hələ məğlub olmayıblar.

- Yunanlar son oyunun 1-də məğlub olublar. 6 səfər matçında isə yenilməyiblər...
- Futbol elə bir oyundu ki, məğlubedilməz komanda yoxdu. Hamının pik nöqtəsi olur. Bunu nəzərə almışıq. Nə qədər ciddi rəqib olsa da, qələbə bizə daha çox lazımdı. Rəqibin üstün tərəflərinin qarşısını alıb, öz oyunumuzu göstərməyə çalışacağıq. Alınacaq ya yox, bilmirəm. Bu komandaya qalib gəlmək üçün bütün vasitələrdən istifadə etmək istəyirik.

- "Qəbələ"də çıxış etmiş Fakunda Pereyranın indi PAOK-un düşərgəsində olması sizi narahat edir, yoxsa bunun önəmi yoxdu? 
- Ola bilər, bəzi məlumatları məşqçiyə ötürsün. Amma rəqibin baş məşqçisi “Slovan”la matçımızı izləyib. İldən-ilə yeniliklər olur. Nə qədər yeni məlumat toplanılsa, məşqçi üçün bu, daha çox faydalı olar.

- Rəşad Sadıqovun durumu nə yerdədi?

 - Açığı, sabah Rəşadın oynayıb-oynamayacağını dəqiq bilmirəm. Təkcə dünən komanda ilə məşq edib. Amma onun oynamaq ehtimalı çoxdu. Baxmayaraq ki, sabahkı matça tam hazır deyil. Həkimlər və Rəşadın özü ilə danışılacaq. Həkimlər ağrıları aradan qaldırmaq üçün əlindən gələni etməlidlər.

- Bundan başqa, matça çox az – 7 min bilet satılıb...
- Sayları az olsa belə, azarkeşlərdən həmişə razı qalmışıq. Sabaha vaxt çoxdu, düşünürəm lazımi qədər adam gələcək. Çalışıb, azarkeşlərmizi geri – stadiona qaytarmalıyıq.

- Sabah hansı ev tapşırıqları olacaq?
- Bəli, olacaq. Bütün tapşırıqlardan istifadə etməyə çalışacağıq. Yunanlar xarkterli millətdi.  Ola bilsin, meydanda gözəl oyundan çox,  döyüşkən mübarizə oldu.

- Meydançanın durumundan razısnız?
- Tam hazır deyil. Ola bilər bu oyundan sonra meydançada problem olsun, amma buna baxmayaraq, qısa müddətdə aradan qaldırlacaq prolemdi. Əgər yağışlı hava olsa, mümkündü ki, nəsə olsun.

- Sabah meydanda 2 hücumçu görə bilərik?
- Bəzən hücuma çıxanda 5-6 oyunçumuz irəlidə olur. Sistemdən-sistemə fərq var. Öz oyunumuzdan kənara çıxmamağa çalışırıq. Əlavə hüumçualrı matçın gedişində meydana buraxırıq. Oyunun gedişatında biləcəyik.

- Sabah meydanda döyüşkən heyət görə biləcəyik?
- İnanmıram ki, komandamızda döyüşkən olmayan futbolçu olsun. Oyunçuda idman xarakteri olmasa, nəticə vermək çətindi. Sadəcə, millidən qayıdanlar inamlı olmalıdılar. Bu səviyyədə nə qədər oyun keçirsələr, təcrübələri o qədər artar. Həmişə döyüşkən ruhlu futbolçuları meydana buraxıram. 

- Elvin Yunuszadəni bağışlamısnız?
- Həyatda, yoxsa futbolda? Dünən komanda ilə məşq etdi. Amma futbolda bağışlamamışam. Cəzası da var, sabahkı oyunda olmayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right