Əvvəl Qurban Qurbanov, sonra rəqibi

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - PAOK (Yunanıstan) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

Newsport.az-ın məlumatına görə, sabah - oktyabrın 19-u "Azərsun Arena"nın mətbuat zalında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov saat 17:30-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 18:00-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

PAOK-un son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi Respublika stadionunda baş tutacaq. Yunanıstan təmsilçisinin baş məşqçisi isə son məşqdən öncə saat 19:15-də Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.

Qeyd edək ki, "Qarabağ" - PAOK matçı 20 oktyabr saat 21:00-da start götürəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right