"Qarabağ" üçün düşərli hakim

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək "Qarabağ" - PAOK oyunu üçün hakim təyinatları açıqlanıb.

Newsport.az-ın məlumatına görə, qarşılaşmanı Alon Yefetin başçılıq etdiyi İsrail Futbol Federasiyasının hakimlər briqadası idarə edəcək. Ona Dani Krasikov və Nissan Davidy köməklik edəcək. Dördüncü hakim funksiyasını Kiril Balikin yerinə yetirəcək.

44 yaşlı referi artıq ikinci dəfədi ki, Ağdam klubunun oyununa təyinat alır. O, "Qarabağ"ın ötən mövsüm Avroliqanın pley-off mərhələsində "Yanq Boyz”la İsveçrədə keçirilən oyununda fit çalmışdı. Həmin matç Riçard Almeydanın vurduğu qolla ağdamlıların xeyrinə başa çatmışdı - 1:0.

Qeyd edək ki, "Qarabağ" - PAOK görüşü oktyabrın 20-i saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right