Əliyar Ağayevin Avropa Liqasında idarə edəcəyi oyun açıqlandı

Azərbaycan hakimi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

Newsport.az-ın məlumatına görə, Avropa Liqasının H qrupunda oktyabrın 20-də Konya Büyükşehir Belediyesi Stadionunda keçiriləcək “Konyaspor” (Türkiyə) – “Braqa” (Portuqaliya) oyununu FİFA referisi Əliyar Ağayev idarə edəcək.
 
Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov olacaq. Dördünca hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right