“Sent-Etyen”də ciddi itki kapitan “Qəbələ”yə qarşı oynamayacaq

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ”nin qrup mərhələsindəki rəqibi "Sent-Etyen” klubu ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, komandanın kapitanı Roman Hamuma zədə səbəbindən bir neçə həftə istirahət etməli olacaq. 
 
Hamuma Fransa çempionatının son turunda "Lion”la görüşdə xəsarət alıb. Bu günlrdə tibbi müayinədən keçən futbolçunun uzun müddət yaşıl meydanlara çıxmayacağı bəlli olub. Həkimlər ona 6 həftə dincəlməyi məsləhət biliblər. 
 
Bu isə o deməkdi ki, kapitan "Qəbələ”yə qarşı keçiriləcək hər iki oyunda komandasına kömək edə bilməyəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right