"Fiorentina"nın baş məşqçisi: "Qırmızı vərəqə bizə çox kömək oldu"

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Fiorentina" - "Qarabağ" (5:1) matçından sonra italiyanların baş məşqçisi Paolo Souza oyunsonrası mətbuat konfransında maraqlı fikirlər səsləndirib.
 

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis oyundan razı qaldığını bildirib:
 
"Oyundan razı qaldım. "Qarabağ" yaxşı komandadır. Bu hesab rəqibimiz üçün biabırçı nəticə sayılmamalıdır. Onlar daha əvvəl yaxşı komanda olduqları sübut etmişdilər. Rəqibimiz ilk 20 dəqiqədə çox yaxşı mübarizə aparırdı. Qırmızı vərəqə bizə çox kömək oldu. Bu cür oyunlardan həzz alıram. Kaliniç və Babakar tandemi yaxşı iş gördü. Mauro Zaratenin qayıdışına isə çox sevinirəm. O, vurduğu qolu xərçəng xəstəliyindən əziyyət çəkən xanımına həsr etdi. O, əsl centilmendir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right