Əliyar Ağayev Tottini cəzalandırdı

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avrokuboklarda növbəti oyununu idarə edib.

Newsport.az-ın məlumatına görə, o, Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində baş tutan "Roma” – "Astra” oyununda ədaləti qoruyub. 
 
"Stadio Olimpico” arenasında baş tutan matçda yerli komanda böyükhesablı qələbə qazanıb. "Canavarlar” "Astra”nın qapısından 4 cavabsız qol keçirməyi bacarıb. 
 
Əliyar Ağayev "Roma”nın üstünlüyü ilə keçən matçda hər-hansı ciddi səhvə yol verməsə də, "Roma”nın əfsanəsi Françesko Tottini cəzalandırması ilə diqqət mərkəzinə düşüb.
 
Bununla da, Ağayev iki gün öncə 40 yaşını qeyd edən kapitana yubiley hədiyyəsini vermiş olub.    
 
Avropa Liqası, qrup mərhələsinin oyunu 
 
"Roma” - "Astra” 4-0
Qollar
: Strootman 15`, Federiko Fazio 45`, Fabrisio 47` (ö.q), Salah 55`. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right