Qurban Qurbanov: “Çox çətin idi”

Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ” səfərdə "Fiorentina”nın qonağı olub.

Newsport.az-ın məlumatına görə, qarşılaşma Florensiya təmsilçisinin 5-1 hesablı qələbəsi ilə başa çatıb. 
 
Matçdan sonra "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov keçirdiyi mətbuat konfransında oyun haqda qısa fikirlərini bildirib:
 
"Oyunla bağlı danışmağa ehtiyac yoxdu. Mən "Fiorentina”ya qarşıdakı oyunlarda uğurlar arzu edirəm. Əla baş məşqçiniz, yaxşı futbolçularınız var. "Fiorentina” oyunda tez-tez dəyişikliklər edə bilir. Bu gün bizim üçün oynamaq çox çətin idi”. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right