Rəşad Sadiqov: "Almanlara qarşı oynamaq çətindi"

Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qəbələ” evə Almaniyanın "Maynts” klubuna məğlub olub.

Newsport.az-ın məlumatına görə, oyundan sonra "Qəbələ”nin kapitanı Rəşad Sadiqov jurnalsitlərin suallarını cavablandırıb:

 

"Matçın gedişi zamanı hesabda öndə olsaq da, sonradan üstünlüyü əldən verdik. Mənim fikrimcə, gücümüz çatmadı. İstər-istəməz rəqibdən fiziki cəhətdən müəyyən qədər geri qaldıq. Bəllidi ki, rəqibimiz Bundesliqada oynayır və get-gedə güclərini göstərdilər”.
 
- Rəşad Sadıqov bildirmişdi ki, Çexiya komandalarından zəhləm gedir. "Qəbələ” də ikinci ildi alman klubları ilə üz-üzə qalır. Sənin onlardan zəhlən getmir?
- Bu, heç bir komandaya nifrət yaratmır. Sadəcə, almanlara qarşı oynamaq çətindi. Çünki onlar "alman maşınları”dı və bir dəqiqə də dayanmırlar. Gördüyünüz kimi, 90-cı dəqiqədə də çox sürətli idilər. 
 
- Bu gün meydanda həmişəkindən fərqli Rəşad Sadiqov gördük...

- Zəif oynamağımın səbəbi rəqibdən asılı idi. Oynamağa imkan vermirdilər. Topu alırdıq, o zaman qarşımızda 1-2 nəfər peydə olurdu.     Bir sözlə, rahat oynamağa imkan vermirdilər.
 
- Bu gün 90 dəqiqə oynamağa hazır olmadığınız görünürdü...

- Bunu siz belə görə bilərsiniz. Bəlkə də baş məşqçimiz fərqli düşünür. 
 
- "Qəbələ” niyə stadionlaru doldura bilmir?
- Bu, mənə veriləcək suallar deyil. Bu gün meydançada çox yaxşı atmosfer var idi. 
 
- Dediyiniz atmosferi də almanlar yaratmışdı...
- 100 nəfərlə amosfer olmur ki...Məncə, azərbaycanlılar da az deyildi. 

 

- "Maynts” 1 xal götürə biləcəyiniz rəqiblərdən biri idi, amma...
- Hər üç rəqibdən xal götürə bilərdik. Bəllidi ki, rəqiblərimiz güc baxımından bzidən güclüdülər. Hər üç klubu eyni gücdə dəyərləndirərdim. Əlbəttə, biz hər bir komandadan xal götürmək istəyirik. 
 
- "Qəbələ”nin qrupdan çıxmaq üçün şansları var?
- Çətindi. Ancaq ümidlər sonda ölür. Çalışacağıq ki, növbəti oyunlarda xal qazanaq. 
 
- Bu qrupu ötən il düşdüyünüz qrupla necə müqayisə edə bilərsiniz?

- Keçən ilki rəqiblərimiz güclü idi. Bu ilki rəqiblərimiz isə eyni səviyyədədi. Demək olar ki, rəqilərimiz ötən ilki rəqibimiz "Krasnodar”la eyni gücdədilər. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right