“Qəbələ”də bir neçə təhlükəli oyunçu var" - Yunus Mallı

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qəbələ” Almaniyanın "Maynts” klubunu qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, "Maynts”ın və Türkiyə yığmasının yarımmüdafiəçisi Yunus Mallı oyundan əvvəl mətbuat konfransında jurnalistlərə açıqlama verib.

“Burda olduğumuz üçün sevinirik. “Maynts-05” üçün yeni təcrübədi. Rəqib çempionatında çox yaxşı çıxış edir. Ancaq Avroliqa fərqli turnirdi. Ola bilər, daha çox topa biz sahib olduq. Sabah 3 xal qazanmağa çalışacağıq. Oyuna tam hazırıq. Qələbə qazana bilməsək də, bu dünyanın sonu olmayacaq. Çünki bundan sonra da 4 oyunumuz qalacaq. Ancaq qrupdakı vəziyyətimizi yaxşılaşdırmaq üçün sabah qalib gəlmək bizim üçün çox yaxşı olardı. Məşqçi rəqib haqda bizi məlumatlandırıb. “Qəbələ”də bir neçə təhlükəli oyunçu var. Amma biz ilk növbədə öz oyunumuza fikir verməliyik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right