“Tarixi olan bir komandaya qarşı oynayacağıq" - Qurban Qurbanov

“Tarixi olan bir komandaya qarşı oynayacağıq. “Fiorentina” güclü komandadır, futbolçuların hər biri yüksək ustalıq keyfiyyətlərinə malikdir, komanda olaraq da çox təcrübəlidir".

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində "Fiorentina" ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, yaxşı nəticə qazanmaq üçün mübarizə aparacaqlarını bildirib:

"Rəqibin heyətində Kaliniç, İliçiç, Valero və bir neçə təhlükəli futbolçular var. Çalışacağıq ki, sərfəli nəticə ilə qayıdaq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right