"Bizim üçün çox çətin olacaq" - "Maynts"ın baş məşqçisi

"Bura gəlişimiz çox çətin oldu. Demək olar ki, bütün şəhəri gəzdik. 100 dəqiqə avtobusda olduq. Tez bir zamanda məşqə çıxmaq istəyirik. Səbirsizliklə, sabahki oyunu gözləyirik".

Newsport.az-ın məlumatına görə, bu sözləri Almaniyanın "Maynts" klubunun baş məşqçisi Martin Şmidt Avropa Liqasının C qrupunda keçiriləcək "Qəbələ" - "Maynts" oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

- Bu oyunda məqsəd yalnız qələbədi?

- Əlbəttə, evdə maksimum nəticə, səfərdə mümkün qədər çox xal toplamaq fəlsəfəsi qrupda keçərlidi. Ancaq ilk turda evdə xal itirdiyimizdən bu dəfə səfərdə 3 xalla itkini kompensasiya etməyə çalışacağıq.

- Onsuz da yaxşı olmayan ot örtüyünün vəziyyəti yağışlı havada məşq keçdikdən sonra daha da ağırlaşacaq. Bu, sizi narahat edirmi?

- Meydanı hələ görməmişəm. Məşqdə durumla tanış olacağıq. Bizim üçün çox çətin olacaq. Amma hər iki komanda üçün şərtlər eynidi. Çalışacağıq ki, oyunboyu tempi yüksək tutaq.

- Rəqibin zəif və güclü tərəfləri nələrdi? Sabah qalib gəlmək üçün nə etmək lazımdı?

- “Qəbələ”nin bir neçə oyununu izləmişik. Premyer-liqa və Avroliqadakı oyunları fərqlənir. Rəqibin nəyə qadir olduğunu, güclü və zəif tərəflərini bilirik. Bundan maksimum yararlanmağa çalışacağıq.

- Qrupda əsas rəqib kimi hansı komandanı görürsüz?

- Məncə ən güclü rəəqib “Sent-Etyen”di. Onları qrup birincisi kimi favorit görürəm. “Anderlext”, “Maynts-05” və “Qəbələ”nin şanslarını isə bərabər sayıram. Bu komandalar demək olar ki, eyni gücdədilər.

- Heyətlə bağlı narahatlıq varmı?

- Artıq komandanın kapitanı sıraya dönüb. 100 faiz oynamağa hazırdı. Gerrit Holtmann bir az xəstədi. Müəyyən rotasiyalara əl atacağıq. Dayaq yarımmüdafiəçiləriylə bağlı hər hansı problem yoxdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right