"Asan təslim olmaq istəmirik" - “Qəbələ”nin futbolçusu

“Maynts”la oyun çox çətin keçəcək. Rəqib sıradan komanda deyil, çox güclüdü”.

Newsport.az-ın məlumatına görə, bunu “Qəbələ”nin futbolçusu Asif Məmmədov deyib. Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ” sabah “Maynts”ı qəbul edəcək. “Qırmızı-qaralar”ın matçdan öncə keçirilən mətbuat konfransında Məmmədov da iştirak edib:

“Maynts” öz çempionatlarında yaxşı oynayır. Asan təslim olmaq istəmirik. Var gücümüzlə mübarizə aparacağıq. Sabah meydana 3 xal üçün çıxacağıq.

Son vaxtlar “Qəbələ”dəki oyunum pis alınmır. Baş məşqçi də mənə inanır, bu, güvənimi artırır. Amma öz oyunumdan tam razı deyiləm. Məncə, daha yaxşı oynaya bilərəm”.

Komanda.az

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right