Roman Qriqorçuk: "Maynts"ın müsbət keyfiyyətləri çoxdur"

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda sabah evdə "Maynts"la (Almaniya) qarşılaşacaq "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

Newsport.az-ın məlumatına görə, ukraynalı çalışdırıcı mətbuat konfransında bunları deyib:

"Komandamızda problem yoxdur. 2 oyunçumuz oynamayacaq. Kvekveskiri və Teo Uiks məlum səbəblərdən oyunu buraxacaq. Özümüzə inanırıq və şanslarımız var. Bu şanslarımızda istifadə etməyə çalışacağıq".

- Düşünmürsünüz ki, “Maynts” sabah  2-ci heyətlə mübarizə aparacaq?

- “Maynts” çox güclüdür. Düşünmürəm ki, onlar bizə qarşı 2-ci heyətlə çıxsınlar. Xatırlayırsınızsa, ötən il “Borussiya” bizə qarşı keçirdiyi hər iki oyunda əsas heyətlə mübarizə aparmışdı.

- Meydanın mərkəzindəki problemlərdən söz açdınız. Belə boşluqlarıl necə doldurmaq fikrindəsiniz? Ümumiyyətlə, Franyiç sabahkı oyunda sizə necə kömək edə bilər?

- Alternativ variantlarımız var. Ancaq Franyiç mərkəz müdafiəçisi deyil. O, cinahda oynamağı sevən futbolçudu.  İşləri isə yaxşı gedir. Ümid edirəm ki, Franyiç bizə kömək etməyi bacaracaq.

- Rəqibin ən güclü cəhətlərini bizə açıqlaya bilərsizmi?
- Ən üstün cəhətləri fiziki gücləridi. Çox sürətli və cəlddilər. Uzun ötürmələrdən tez-tez istifadə edirlər. Oyunçuları boş mövqeyə açılmağı yaxşı bacarırlar. Meydanda sona qədər mübarizə aparırlar. Başa düşürəm ki, bu cür komandaya qarşı oynamaq bizim üçün çətin olacaq. Əks-hücuma da sürətli çıxa bilirlər. Çox aqressiv oynayırlar. Fərdi cəhətdən güclü futbolçulara sahibdilər. Bax, "Maynts"ın güclü xüsusiyyətləri bunlardı.

- “Bakcell Arena”nın ot örtüyü yenidir.  Havanın yağışlı olması ot örtüyünü yenidən bərbad hala sala bilər. Buna görə fərqli taktikadan istifadə edə bilərsiz?

- Meydança yenidir. Sabah necə vəziyyətdə olmasını demək indi çox çətindir. Ola bilər ki, bəzi taktiki gedişlərdə dəyişiklik edim.

- “Qəbələ” yerli çempionatda hücum, avrokuboklarda isə müdafiə futbolu oynayır...

- Avropa Liqası Premyer Liqa oyunlarında fərqli keçir. Biz çox dəyişkən komanda deyilik. Bizim fəlsəfəmiz hücum futboludur. Avropa Liqasındakı rəqiblərimiz güclüdürlər və həmişə hücumda oynamağa imkan vermirlər.

- "Maynts"ın heyətində ən çox bəyəndiyiniz futbolçu kimdi? 
- Mənə hansısa futbolçunu fərqləndirmək çətindi. "Maynts"ın heyətində çox yaxşı oyunçular toplaşıb. Bəziləri daha yüksək səviyyəyə malikdilər. Onların fiziki hazırlıqları xüsusən seçilir. Oyun intellektləri də yüksəkdi, yəni taktiki planda da özlərini yaxşı tərəfdən göstərirlər. 

- Baqali Daboya xüsusi tapşırıq vermisiz? Sizcə, "Maynts" ona xüsusi nəzarət edəcək?

- Düşünmürəm ki, rəqib komanda Daboya qarşı xüsusi plan cızsın. Biz rəqibi analiz etmişik. Daboya "Maynts"ın boşluqlarını başa salmışıq və işini bilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right