"Qəbələ" – "Maynts" matçına nə qədər bilet satılıb?

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ” qrup mərhələsinin ikinci turunda sabah Almaniyanın "Maynts” klubunu qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, "Bakcell Arena”da keçiriləcək qarşılaşma üçün 8260 bilet satışa çıxarılmışdı. Son olaraq əldə etdiyimiz məlumata görə, artıq geriyə 2000 bilet qalıb. Həmin biletlərin də oyun gününə qədər satılacağı aydın məsələdi.

Qeyd edək ki, sözügedən qarşılaşma Bakı vaxtı ilə 19:00-da başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right