“Maynts” “Qəbələ” önünə itki ilə çıxacaq

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ” qrup mərhələsinin II turunda öz meydanında Almaniyanın "Maynts” klubunu qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, təmsilçimizin rəqibi oyuna ciddi itki ilə çıxacaq. 
 
Belə ki, Almaniya Bundesliqasının son turunun "Bayer”ə qarşı oyununda (2:3) zədələnən Leon Baloqun Bakıdakı görüşdə komandasına kömək edə bilməyəcək. Bu barədə məlumatı klubun saytı yayıb.

Xatırladaq ki, "Maynts” - "Bayer” oyununda start heyətində yer alan 28 yaşlı müdafiəçi cəmi 10 dəqiqə sonra zədələnərək əvəzlənmişdi.

Qeyd edək ki, "Qəbələ” - "Maynts” oyunu sentyabrın 29-da, saat 19:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right