"Qarabağ" səfərə yollanır FOTO

Ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ” qrup mərhələsinin ikinci turunda İtaliyanın “Fiorentina” klubunun qonağı olacaq.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi bu gün İtaliyaya yola düşəcək. Əldə etdiyimiz məlumata görə, “atlılar” axşam saatlarında Florensiyaya uçacaq. “Qarabağ”ın səfəri çarter reysi ilə baş tutacaq. Ağdam klubu gecə saatlarında məskunlaşacağı otelə çatacaq. Sabah isə oyunun keçiriləcəyi stadionda Ağdam klubunun məşqi və baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı nəzərdə tutulub.

Qeyd edək ki, “Fiorentina” – “Qarabağ” oyunu sentyabrın 29-da keçiriləcək.

 
 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right