“Fiorentina” – “Qarabağ” oyununun hakimləri açıqlandı

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək "Fiorentina” – "Qarabağ” oyunun hakim təyinatları açıqlanıb.  

Newsport.az-ın məlumatına görə, görüşü avstriyalı hakimlər briqadası idarə edəcək. 
 
Qarşılaşmanın baş hakimi Oliver Draxta olacaq. Ona Roland Brandner və Stefan Kühr kömək edəcəklər. Matçın 4-cü hakimi funksiyasını Roland Ridel yerinə yetirəcək. Köməkçi hakimlər isə Manuel Şüttenqruber və Diter Makenhammer olacaq.
 
Hakim-inspektor vəzifəsini Mihael Arquro yerinə yetirəcək. UEFA nümayəndəsi qismində isə ispaniyalı Eduard Dervişay iş başında olacaq.
 
Qeyd edək ki, "Fiorentina” – "Qarabağ” matçı sentyabrın 29-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right