"Anderlext"in futbolçusu: "Qəbələ" ilə matçdakı nəticə də ürəyimizcə oldu"

"Stadiondakı müsbət atmosfer və azarkeşlərin məni qarşılama tərzi köməyimə çatır. Yeni komandamda özümü çox yaxşı hiss edirəm. Bu da böyük gələcək vəd edir".

Newsport.az-ın məlumatına görə, bu fikirləri "Anderlext" futbolçusu Uroş Spayiç deyib. Avropa Liqasında qrup mərhələsinin ilk turunda “Qəbələ”ni qəbul edən Belçika təmsilçisi 3:1 hesablı qələbə qazanıb. Qarşılaşma ilə bağlı yerli mətbuata açıqlama verən serb müdafiəçi çətin qələbə qazandıqlarını söyləyib:

"Avropa Liqasına qələbə ilə başlamaq istəyirdik. "Qəbələ" ilə matçdakı nəticə də ürəyimizcə oldu. Qalib gəlmək çox vacib idi və çətinliklə də olsa, bunu bacardıq. Bir həftə ərzində ardıcıl ikinci qələbəmizi qazandıq. Bu tempdə də davam etməliyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right