"Anderlext"in baş məşqçisi: "Bərabərlik qolundan sonra çətin oldu"

Avropa Liqasının qrup mərhələsinin ilk turunda evdə “Qəbələ” 3:1 hesabı ilə qalib gələn Belçika “Anderlext”inin baş məşqçisi Rene Veyler qarşılaşma haqqında fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, o, təmsilçimizə qarşı keçirdikləri matçı mükəmməl adlandırıb.

Veyler “Qəbələ” üzərində qələbənin onlar üçün əla başlanğıc olduğunu deyib: “Mükəmməl matç oldu. Hesab bərabərləşdikdən sonra bir az çətinliklər yaşadıq. Sonrada isə oyuna hakim olduq. Qələbəyə də layiq idik. Ilk hissədə rəqibə qol şansları yaratmağa imkan verdik.

Bizim komanda bu mövsüm çox dəyişikliklərə məruz qalıb. Əla oyun göstərməyimiz üçün zamana ehtiyac var. Mən bu oyunu təhlil etdikdən sonra müdafiəçilər haqqındq qərar verəcəm. Əsas odur ki, komandaya inam var”.

Veyler “Maynts” və “Sent-Etyen”lə matçların ölüm-dirim mübarizəsi olacağını sözlərinə əlavə edib: “Qrupdakı bütün komandalar eynidir. “Maynts” və “Sent-Etyen”lə qarşılaşmalar ölüm-dirim mübarizəsi olacaq. Bu qrupun favoritinin kim olması məni maraqlandırmır”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right