"Bizim üçün ən çətin oyunlardan biri oldu" - “Slovan”ın baş məşqçisi

Avropa Liqasının qrup mərhələsinin ilk oyununda Bakıda “Qarabağ”la heç-heçə edən (2:2) “Slovan”ın baş məşqçisi Yindrix Trpişovski oyunsonrası mətbuat konfransında matçla bağlı fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, çex mütəxəssis oyunla bağlı bunları deyib:

- Oyun gözlədiyimiz kimi keçdi. İlk 15 dəqiqədə hücumda oynadıq. Bundan sonra oyun dəyişdi. Müdafiəyə keçməli olduq. İkinci hissədə vəziyyət dəyişdi. 4-5 qol vurmaq şansımız var idi. Onların hamısını dəyərləndirə bilmədik.

- “Qarabağ” barədə təəssüratlarınız necədi?
- “Qarabağ” çox güclü komandadı. Bunu bilirdik. Bizim üçün ən çətin oyunlardan biri oldu.

- Demək olar ki, bu gün baş məşqçilərin və kapitanların mübarizəsi oldu?
- Bu, tək bir oyunçunun yox, bütün komandanın oyunu idi. Fərqli görüş idi. Bu matçda hər oyunçunun öz gücünü göstərdiyini düşünürəm.

- İkinci hissənin son 25 dəqiqəsində komandanız pressinq tətbiq etdi. Belə təəssürat yaranmışdı ki, 3-cü hissə olsaydı, yenə oynamağa hazır idiniz?
- 3-cü hissə olsaydı, onu da güclə keçirə bilərdik. Amma “Qarabağ” da kombinasiyalı futbol göstərən komandadı. Onlar da 3-cü hissəni oynaya bilərdilər.

- 90 dəqiqə ərzində başınızda papaq var idi. Bu, hansısa inancdan irəli gəlir?
- Papaq həmişə mənimlədi. Baxsanız, onu həmişə geyinirəm. İdman stilinə üstünlük verirəm.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right