“Anderlext”in baş məşqçisi: "Bu onların gücündən xəbər verir"

Avropa Liqasının qrup mərhələsinin ilk turunda bu gün “Qəbələ” ilə qarşılaşacaq Belçikanın “Anderlext” klubunun baş məşqçisi Rene Veyler oyundan öncə jurnalistlər qarşısında çıxış edib.

Newsport.az-ın məlumatına görə, o, “Qəbələ”ni güclü rəqib adlandırıb: 

“Rəqibimiz çox güclüdür. Onlar bura qədər 4 mərhələ keçiblər. “Qəbələ” III təsnifat mərhələsində “Lill” kimi nəhəng klubu mübarizədən kənarlaşdırıb. Bu, onların gücündən xəbər verir. Müdafiədə diqqətli oynayan klubdur. Çətin olacaq, amma meydana qələbə üçün çıxırıq. İlk oyunda qələbə qazanmaq vacibdir”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right