Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsində

Azərbaycanlı hakim avrokubokların qrup mərhələsinə təyinat alıb.

Newsport.az-ın məlumatına görə, UEFA Əliyar Ağayevə Avropa Liqasının qrup mərhələsinə təyinat verib.

O, turnirin II turunda iş başında olacaq. Əliyar Ağayevin idarə edəcəyi oyun və köməkçiləri qarşıdakı günlərdə bilinəcək.

Qeyd edək ki, Əliyar Ağayev turnirin qrup mərhələsində “Rapid” (Vyana, Avstriya) - “Dinamo” (Minsk, Belarus) matçını idarə etmişdi. “Ernst Happel” stadionunda baş tutan matçda referinin köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov, əlavə köməkçi hakimlər Rahim Həsənov və Orxan Məmmədov, 4-cü hakim Mübariz Haşımov olmuşdu.

Onu da bildirək ki, Əliyar Ağayev bu ilin iyulunda Almaniyada keçirilən U-19 yığmaları arasındakı Avropa çempionatının Fransa - İtaliya finalını idarə edib.

 

Fanat.Az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right