"Bakıya ən azı xalla dönmək niyyətindəyik" Rəşad Sadiqov

“Çətin oyun olacaq. Çünki rəqib “Anderlext”dir. Bu komandanın necə təcrübəli olması hamıya məlumdur. Onlar UEFA Çempionlar Liqası və UEFA Avropa Liqasının qrupunda kifayət qədər çıxış ediblər. Buna baxmayaraq, biz də iddialıyıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin kapitanı Rəşad Sadiqov Avropa Liqasının qrup mərhələsində "Anderlext"lə oyun öncəsi deyib.

O, meydana 3 xal üçün çıxacaqlarını bildirib:

"Çalışacağıq ki, qalib gələk. Bakıya ən azı xalla dönmək niyyətindəyik. Qrup mərhələsində ilk oyunumuzdur. Yaxşı nəticə ilə başlamalıyıq ki, davamı da gəlsin”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right