Roman Qriqorçuk: "Bu vəzifənin öhdəsindən gələcəyimizə inanırıq"

"İlk növbədə düzgün oynamağı, hücumda güclü çıxış etməyi düşünürük. İnanırıq ki, bunları bacarsaq, yaxşı nəticə qazana bilərik. “Anderlext” klubu deyil, komandası, necə oynaması haqda danışmağım mümkündür. Rəqibi yaxşı öyrənmişik, hansı üslubda çıxış etdiyini bilirik".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsində "Anderlext"lə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

O, Belçika təmsilçisinin çox sayda güclü tərəflərinin olduğunu bildirib:

"Başa düşürük ki, fərdi keyfiyyətlərə malik futbolçuları neytrallaşdırmalıyıq. Bu, çox çətin vəzifədir. Lakin bu vəzifənin öhdəsindən gələcəyimizə inanırıq. Bir neçə oyunçu deyil, rəqibin bütün hücum xəttini zərərsizləşdirməyi nəzərdə tuturam. “Anderlext”in heyətində xeyli sayda belə oyunçu var. Bu futbolçular həm fərdi, həm kollektiv oyun bacarıqları ilə seçilir. Rəqibi tanıyır, hörmətlə yanaşır, amma ondan çəkinmirik".

Ukraynalı mütəxəssisin sözlərinə görə, qrup mərhələsi üçün qlobal vəzifələri yoxdur:

"Qrup mərhələsi üçün qlobal vəzifəmiz yoxdur. Yalnız qarşıdakı oyunu fikirləşirik. İndi “Anderlext”lə matç olacaq, ardınca addım-addım irəliləyəcəyik. Belçikada havanın istiliyini hiss etməmişik. Azərbaycandakı yaydan sonra çətin ki, burada bizə hava şəraiti mane olsun”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right