"Bu, "Qarabağ"ın gücündən xəbər verir" - "Slovan"ın futbolçusu

Çexiyanın "Slovan" klubunun futbolçusu Martin Latka Bakıya səfəröncəsi klubun rəsmi saytına müsahibə verib. Futbolçu sabah "Qarabağ"a qarşı keçiriləcək oyun haqqında danışıb:  
 
- Hava limanında bir az sizi gecikdirdilər. Nə məsəli idi?
- Sənədlərimi yoxlayırdılar. Viza ilə bağlı kiçik detalı həll etdilər. Hər şey qaydasındadır.
 
- Lukaş Pakornisiz oyun çətin olmayacaq?
- Bəli, çətin olacaq. O, bizim əsas futbolçumuz və kapitanımızdır. Yəqin ki, məşqçimiz Pakorninin yoxluğunda seçimini edib. Ümid edirəm ki, səfərdə yaxşı oynayacağıq və azarkeşlərimizi sevindirəcəyik.
 
- Komandaya gəlişinin əsas səbəbi avrokuboklarda çıxış etmək idi?
- Əlbəttə, bu, belədir. Avropa Liqasının qrupuna vəsiqə qazanamq böyük uğurdur və biz buna nail ola bilmişik. Təsnifat mərhələlərini uğurla adladıq. Ümid edirəm ki, qrupda da uğurlu çıxış edəcəyik.
 
- Pakorninin yoxluğunda sürpriz taktika ilə meydana çıxa bilərsiz?
- Son qərarı baş məşqçi verəcək. Mən oyuna tam hazıram.
 
- Bakıdan heç-heçə ilə qayıtmaq uğurlu olacaq?
- Bu, oyunun gedişatından asılı olacaq. Oyun göstərəcək ki, bir xal bizim üçün yaxşı, yoxsa pis nəticədir.
 
- Azərbaycan futbol xəritəsində səs-küylü deyil, amma "Qarabağ" çox keyfiyyətli oyun nümayiş etdirən komandadır...
- Avrokuboklarda Azərbaycan klubları çıxış edib. "Neftçi" və "Qarabağ" Avropa Liqasının qrupunda çıxış ediblər. Rəqibimiz olan "Qarabağ" artıq bunu ardıcıl 3-cü dəfə təkrarlayıb. Bu, onların gücündən xəbər verir. Yaxşı iqtisadi imkanları da var. Komandaya yüksək səviyyəli oyunçular cəlb olunub. Bütün bunlara baxmayaraq, bizim məqsədimiz qrupda uğurla çıxış etməkdir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right