"Qarabağ" - "Slovan": Mətbuat konfranslarının vaxtı bəlli oldu

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Slovan” (Çexiya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 14-də "Azərsun Arena"nın mətbuat zalında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov saat 17:00-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən klubumuzun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

"Slovan”ın son məşqi isə saat 19:00-da qarşılaşmanın “Dalğa Arena”da baş tutacaq. Çexiya təmsilçisinin baş məşqçisi isə son məşqdən öncə saat 18:30-da “Dalğa Arena”nın mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.

Qeyd: Rəqibin son məşq və mətbuat konfransında iştirak etmək istəyən jurnalistlər üçün "Azərsun Arena"dan xüsusi avtobus ayrılacaq.

 

Qeyd edək ki, "Qarabağ" - "Slovan" matçı15 sentyabr saat 19:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right