"Qarabağ" - "Slovan" matçının biletləri satışa çıxır

UEFA Avropa Liqasının  qrup mərhələsinin ilk matçında sentyabrın 15-i "Qarabağ" Çexiyanın “Slovan” klubunu qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, bu qarşılaşmanın biletləri  sentyabrın 13-ü -sabah  saat 11:00-dan etibarən Respublika stadionunun kassalarında satışda olacaq. 

Biletlərin qiyməti nömrəli sektorlara görə 1, 10 və 20 AZN, VİP biletlər isə 50 AZN-dir.

Qeyd edək ki, “Qarabağ” – “Slovan” matçı sentyabrın 15-i saat 19:00-da “Dalğa Arena”da baş tutacaq.

Qarşılaşmaya olan böyük maraq səbəbindən mümkün ola biləcək  “qara bazar”ın fəaliyyətinin qarşısını almaq üçün “Qarabağ” Futbol Klubu azarkeşlərindən biletləri ən qısa müddətdə almağı və kənar şəxslər sizdən bilet almağı tələb edərsə, o zaman mühafizə xidmətimizə xəbər verməyi xahiş edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right