“Qəbələ”nin oyununa hakim təyinatları açıqlandı

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" qrup mərhələsinin ilk matçında "Anderlext"in qonağı olacaq.

Newsport.az-ın məlumatına görə, artıq Brüsseldə keçiriləcək qarşılaşmanı idarə edəcək hakimlərin də adına aydınlıq gəlib.

Sentyabrın 15-də baş tutacaq oyunda komandaları meydana baş hakim kimi Harald Lexner çıxaracaq. Ona Avstriyadan olan həmyerliləri Maksimilian Kolbits və Andreas Heydenrik yardım edəcək. Dördüncü hakim funksiyasını isə Andreas Staudinger yerinə yetirəcək.

Qeyd edək ki, "Konstant Vanden Stok" stadionunda baş tutacaq qarşılaşma 21:00-da start götürəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right