"Qarabağ" - "Slovan" matçının bilet qiymətləri açıqlandı

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" sentyabrın 15-də qrup mərhələsinin ilk matçına çıxacaq.
Newsport.az-ın məlumatına görə, maraqla gözlənilən qarşılaşma "Dalğa Arena"da baş tutacaq. Bəs görəsən, Mərdəkanda keçiriləcək qarşılaşmanın biletləri nə zaman satışa çıxarılacaq?
 
Bu suala aydınlıq gətirmək üçün Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. Nurlan bəy saytımıza açıqlamasında "Dalğa Arena"nın azarkeş tutumunun 6500 nəfərlik olduğunu nəzərə alaraq, hələlik bu barədə yekun qərar verilmədiyini bildirdi. 
 
Klub rəsmisi bildirdi ki, "Qarabağ" rəhbərliyi biletlərin "qara bazar"da çalışanların əlinə keçməməsi məsələsinə həssas yanaşır. Çünki belə olan halda işbazlar bileti qiymətindən baha satacaq. 6500 bileti satmaq üçün elə də çox vaxt tələb olunmur. Buna görə də yekun qərar qarşıdakı günlərdə veriləcək.
 
Amma biletlərin qiymətləri bəllidi. İbrahimovun sözlərinə görə, adi yerlər üçün biletlərin qiyməti 1 manat olacaq. İkinci və üçüncü dərəcəli yerlərə biletin qiyməti isə 10 və 20 manatdı. Qarşılaşmaya VİP sektordan baxmaq istəyənlər isə 50 manatından keçməli olacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right