"Fiorentina"nın futbolçusu: "Qarabağ" əla komandadır" MÜSAHİBƏ

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a rəqib olan İtaliyanın “Fiorentina” klubunun müdafiəçisi Milan Badelin  müsahibəsi:

- Qrupu necə dəyərləndirirsiz? “Fiorentina”nı artıq qrupun favoriti hesab edirlər…

- Bəli, qrupun favoriti adlandırılırıq. Amma rəqiblərimiz zəif deyil. Bütün komandalarn şansı var.
 - “Qarabağ”ın oyunlarını izləmisiz?
- Bəli, bəzi oyunlarının fraqmentlərini izləmişəm. Komandanın yaxşı futbolçuları var və topu özlərində saxlamağı sevirlər. Bir sözlə, “Qarabağ” əla komandadır.
 - Sizcə qrupdan hansı komandalar növbəti mərhələyə adlaya biləcək? 
- Bunu indidən demək çox çətindir. Qrupda zəif komanda yoxdu.

- “Qarabağ”la oyunlar haqda necə düşünürsüz? 

- Bütün oyunlara 3 xal üçün çıxacağıq. Sözsüz ki, bizə çətin olacaq. İstəyirik ki, qələbə qazanaq və azarkeşlərimizi sevindirək.

- “Fiorentina” yay transfer pəncərəsində bir neçə futbolçusunu komandadan göndərdi. Bu, oyununuza mənfi təsir etməyəcək?

- Deməzdim ki, belə olacaq. Komandamıza gələn futbolçular güclü oyunçulardır.

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right