"Anderlext" - "Qəbələ" matçının bilet qiymətləri açıqlandı

Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqiblərindən olan “Anderlext” öz meydanında keçirəcəyi oyunların bilet satışına start verib. 

Newsport.az-ın məlumatına görə, Belçika təmsilçisinin evində “Qəbələ”, “Sent-Etyen” və “Maynts”la keçirəcəyi matçların biletlərinin qiyməti açıqlanıb.

Klubun abunəçiləri üçün qiymət 30-90 avro arasında dəyişir. Abunədən keçməyən şəxslər isə 3 oyundan hansısa birinə baxmaq üçün 40 avrodan 105 avroya qədər pul xərcləməli olacaqlar.

Qrup mərhələsində “Anderlext”in “Qəbələ” ilə keçirəcəyi ilk görüşün bilet satışına sentyabrın 9-da start veriləcək.

Qeyd edək ki, “Anderlext” - “Qəbələ” matçı sentyabrın 15-də “Konstant Vanden Stok” stadionunda baş tutacaq. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right