UEFA cəzalandırdı: "Sent-Etyenn"in qapıçısı "Qəbələ"yə qarşı oynaya bilməyəcək!

Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Sent-Etyen" klubunun qapıçısı Stefan Ruffye 3 oyunluq cəzalandırılıb.
 

Newsport.az-ın məlumatına görə, Ruffye Avropa Liqasının pley-off mərhələsində İsrailin "Beytar" klubu ilə keçirilən cavab matçında rəqib futbolçunu qəsdən vurduğu üçün birbaşa qırmızı vərəqə alıb. UEFA 30 yaşlı futbolçuya 3 oyunluq cəza verib.

 Ruffye "Maynts", "Anderlext" və "Qəbələ" ilə keçiriləcək ilk oyunları buraxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right