"Əgər biz bir komandanı zəif görürüksə demək ki, ... " - Muarem Muarem

“Hər bir rəqib komandanın özünə görə qəhrəmanı və oyunu var. Qruplarda zəif komanda olmur. Mən belə düşünürəm… Bütün komandalar mübarizə apararaq bu mərhələyə gəldilər. Əgər biz bir komandanı zəif görürüksə demək ki, düşündüyümüz şey səhvdi. Biz hansısa komandanı zəif görsək öz oyunumuzu oynaya bilməyəcəyik. Zəif komandalar ac canavar kimidi. Sənin səhv etməyini gözləyirlər və buraxacağın nöqsan sənə baha başa gəlir”.

Bu sözləri Newsport.az-a açıqlamasında “Qarabağ”ın futbolçusu Muarem Marem deyib.

Ağdam klubunun makedoniyalı üzvü qrup mərhələindəki rəqibləri dəyərləndirərkən daha sonar qarşıdakı matça toxunub:

“İndidən “Slovan”la oyun haqqında nəisə deyə bilmərəm. Lakin qələbə qazanmaq üçün meydana çıxacağımızı öncədən deyim. Bizim üçün fərqi yoxdur ki, rəqibimizlə harda oynayırıq, hansı stadionda, havanın istisində və ya soyuqunda, fərq etməz, hər oyunda qalib gəlmək məcburiyyətindəyik”.

Qeyd edək ki, “Qarabağ” AL-in qrup mərhələsindəki ilk matçını sentyabrın 15-də Çexiyanın “Slovan” kollektivi nə qarşı keçirəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right