“Qarabağ”ın zəif nöqtələri ilə müqayisədə güclü tərəfləri daha çoxdu"

“Avropa Liqasındakı gərgin yarışın ardından “Pribam”la görüşə rahat çıxmışdıq. Bunun da nəticəsində komandam ilk qələbəsini qazandı”. 

Newsport.az saytının məlumatına görə, bunu “Slovan”ın baş məşqçisi Yindrix Trpisovski deyib.

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan Çexiya təmsilçisi ölkə çempionatında ilk qələbəsini “Pribam”la (1:0) səfər görüşündə əldə edib. Yerli mətbuata danışan Trpisovski artıq stressi üzərilərindən atdıqlarını söyləyib.

40 yaşlı mütəxəssis indidən “Qarabağ”la matç barədə düşünməyə başladıqlarını da əlavə edib: “Növbəti matçımızı sentyabrın 10-da “Viktoriya”ya qarşı keçirəcək və bundan 5 gün sonra “Qarabağ”la Bakıda üz-üzə gələcəyik. Maraqlıdı ki, qarşıdakı iki rəqibimiz bu mövsüm Çempionlar Liqasında üz-üzə gəlmişdi. Bizim üçün bu iki qarşılaşma çox önəmlidi. Xüsusən də, Avrokuboka uğurlu başlanğıc etmək istəyirik. Amma Azərbaycan, bəlkə də, qrupun ən ağır səfəri olacaq. Hazırlığımızı buna uyğun edəcəyik. Rəqib barədə təhlillər apardıqca onların güclü və zəif cəhətlərini öyrənməyə çalışıram. Etiraf edim ki, “Qarabağ”ın zəif nöqtələri ilə müqayisədə güclü tərəfləri daha çoxdu. Onlar Bakıda böyük kütlə qarşısında oynamağa öyrəşmişiblər. Həmçinin “Viktoriya” və “Qöteborq”la matçlarda topa ideal səviyyədə nəzarət etmələri bizi onlara qarşı diqqətli olmağa vadar edir”.

Qeyd edək ki, “Qarabağ”la “Slovan” arasında keçiriləcək I tur matçı sentyabrın 15-nə təsadüf edəcək.(apasport)

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right