Qurban Qurbanov: "İstəyirik ki, qrup mərhələsini keçək"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra Newsport.az-ın suallarını cavablandırıb.

- Avropa Liqasında sonra iclasa gəldiz. Yorulmursuz?

- Xeyr, mənim üçün böyük təcrübədir. Bu, bizim işimizdir və borcumuzdur. İşimiz heç də yorucu deyil. Mənim üçün maraqlıdır. Azərbaycan futbolunun inkişafı üçün indi daha yaxından kömək oluruq.

 

- “Qarabağ”ın qrupda əsas hədəfi nədir?

- Biz hər bir turnirə ciddi hazırlaşırıq. Minimum vəzifəmiz qrupa düşmək idi. Şükürlər olsun ki, bunu nail olduq. Bu il də çalışacağıq ki, ən yaxşısını və doğrusunu edək. Artıq bizim təcrübəmiz getdikcə daha da artır. Fərqli ölkələrin klubları ilə oynayırıq və rəqiblərimizi tanıyırıq. Hər bir rəqibə qarşı inamla oynayacağıq və sərfəli nəticə əldə etmək üçün çalışacağıq. İstəyirik ki, qrup mərhələsini keçək.

 

- “Qəbələ”nin rəqiblərini necə dəyərləndirirsiz?

- Qrupda zəif rəqib olmur. Rəqiblər fikirləşə bilər ki, “Qəbələ” və “Qarabağ”ı asan şəkildə məğlub edə bilərik. Rəqiblər güclüdür. Biz həmin komandalara qarşı oynamışıq və çətinliklər çəkmişik. Roman Qriqorçuk da əlindən gələnin ən yaxşısını etməyə çalışacaq.

 

- “Qarabağ” hər zaman avrokuboklarda stadion problemi ilə üzləşir. Bunu iclasda müzakirə etdiniz?

- Xeyr, bu komitənin iclasına aid olan məsələ deyil. Artıq bu sırf bizə aiddir. Stadionla bağlı ingilis mütəxəssislər gəlib. Onların fikrindən sonra biləcəyik ki, niyə bu problemlə üzləşirik. İlk oyuna çatmayacaq. 2 variantımız var. “Slovan”la qarşılaşmanı “Dalğa Arena” və ya Olimpiya stadionunda keçirməyi fikirləşirik.

 

- PAOK ötən mövsüm “Qəbələ” ilə qarşılaşıb. Roman Qriqorçukla bu barədə söhbət etmisiz?

- Düşünmürəm. Məncə, ehtiyac yoxdur. Artıq texnologiya inkişaf edib. Hər bir rəqibi asan şəkildə öyrənmək olar. Məncə, bunu öz üzərimizə buraxmalıyıq.

 

- Bədavi Hüseynovun durumu necədir?

- Ciddi deyil, amma tam bərpa olmalıdır. Əzələsi dartılıb. Bərpası olması üçün müəyyən qədər vaxt götürdük. Fərdi məşqlər edir. Avropa Liqasının ilk oyununa yetişib-yetişməyəcəyini dəqiq bilmirəm.

 

- Əfran İsmayılov da fərdi məşqlər edir. Onun da zədəsi var?

- Əfranı son günlər ərzində görməmişəm. Əfranın "Göteborq"la ilk oyunda zədəsi var idi. Yəqin ki, yenidən zədələnib, amma məlumatım yoxdur. Dəqiq bilmirəm.

Hacı Mərdan





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right