UEFA “Qarabağ”la “Qəbələ”nin qrupunu dəyişdi FOTO

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ” və "Qəbələ”nin ötən gün Monakoda keçirilən püşkatmada qruplardakı rəqibləri bəlli oldu. 

Newsport.az-ın məlumatına görə, püşkatmanın nəticəsinə görə, Ağdam  təmsilçisi C qrupunda – "Fiorentina”, "Slovan” və PAOK klubları ilə mübarizə aparacaq. 

"Qırmızı-qaralar” isə J qrupunda qərarlaşıb. Roman Qriqorçukun yetirmələri "Sent-Etyenn”, "Anderlext” və "Maynz” komandaları ilə qrupdan çıxmaq üçün mübarizə aparacaq.
Ancaq maraqlıdı ki, UEFA-nın rəsmi saytı təmsilçilərimizlə bağlı səhvə yol verib. Belə ki, qitənin ali futbol qurumu rəsmi saytında yer alan xəbərdə komandalarımızın qruplarını dəyişib. "Qarabağ” "Qəbələ”nin,  "qırmızı-qaralar” isə Ağdam klubunun qrupuna daxil edilib. 

Görünür, qrup mərhələsində iki komandamızın iştirak etməsi UEFA-da çalışanları çaş-baş salıb ki, belə texniki səhvə yol veriblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right