"Qəbələ" Avropa Liqasının tarixinə düşdü

Roman Qriqorçukun gəlişindən sonra ardıcıl iki mövsüm Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qəbələ" sözügedən turnirin tarixinə düşüb.
Newsport.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytında qrup mərhələsi ilə bağlı dərc edilən statistik yazıda "qırmızı-qaralar" rekordçu kimi təqdim edilib.
Təmsilçimiz buna ardıcıl iki dəfə I təsnifat mərhələsindən qrupa qədər irəliləməklə nail olub.
Qeyd edək ki, buna qədər Norveçin "Rusenburq" klubu da iki dəfə eyni uğuru təkrarlayıb. Ancaq Qriqorçukun komandası ardıcıl iki mövsümdə bunu bacaran yeganə klubdu.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right