UEFA “Qəbələ” və “Qarabağ”la bağlı qərarını nə vaxt açıqlayacaq?

Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq “Qarabağ” və “Qəbələ”nin rəqibləri və qrupların təqvimi artıq bəlli olub. 

Newsport.az-ın məlumatına görə, təmsilçilərimizin hələlik yalnız ev matçlarının saatları müyyənləşməyib.
 
UEFA Avroliqanın qruplarındakı bütün qarşılaşmaların saatlarını açıqlasa da, Azərbaycanla bağlı istisnanı da qeyd edib. Hazırkı təqvimə əsasən, “Qəbələ” C qrupunda II turda “Maynts”ı, V turda “Anderlext”i, J qrupunda yer alan “Qarabağ” isə I turda “Slovan”ı və VI turda “Fiorentina”nı Bakı vaxtı ilə saat 23:05-də qəbul etməlidi.
 
Lakin təmsilçilərimiz adətən Avrokubokdakı ev qarşılaşmalarını 21:00-da keçirirlər. Çox güman ki, yenə təqvim buna uyğun dəyişdiriləcək. UEFA-nın rəsmi saytında da Azərbaycan, Rusiya və Qazaxıstanda keçiriləcək qarşılaşmaların saatlarının avqustun 30-da təsdiqlənəcəyi xüsusi vurğulanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right