"Qarabağ" kimi komanda ilə qarşılaşmaq istəməzdik" - "Slovan" ın baş məşqçisi

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ"ın J qrupundakı rəqiblərindən biri də Çexiyanın "Slovan" klubudu.
 
Futbol11.az xəbər verir ki, çexlərin baş məşqçisi Yindrix Trpisocki püşkatmanı dəyərləndirərkən maraqlı açıqlamaları ilə yadda qalıb.
 
O, Azərbaycan klubunu "balaca ərköyün" adlanıdırb: "Monakodakı mərasimi həyəcanla izlədik. Püşkatmanın nəticəsindən razıyam. Fikrimcə, qrupdan çıxmaq olar. Bəxtimizə PAOK və "Fiorentina" çıxanda sevindik. Halbuki "Vilyareal" və ya "Styaua" kimi klublarla qarşılaşa bilərdik. Onlarla oynamaq maraqlı olacaq. Təəssüf ki, balaca ərköyün "Qarabağ” da bu qrupa gəldi (gülür). Düzü, "Qarabağ" kimi komanda ilə qarşılaşmaq istəməzdik. Onların gücünü "Viktoriya" ilə oyunda görmüşük. Rəqin ustalıq səviyyəsini qeyd etməliyəm. Onların 4-cü səbətdə yer alması düzgün deyil. Çünki Azərbaycan klubu çox güclü komandadı".
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right