"Qarabağ"la oyunun gəliri zəlzələ qurbanlarına veriləcək

Avropa Liqasının J qrupunda qərarlaşan "Qarabağ"ın rəqiblərindən biri də İtaliyanın "Fiorentina" klubudu.
Newsport.az-ın məlumatına görə, komandanın baş məşqçisi Andrea Roqq açıqlama verərək püşkatmanı dəyərləndirib.
 
"Oyunları səbrsizliklə gözləyirik. Hər oyunda ciddi hazırlaşacağıq. Hədəfimiz bacardığımız qədər irəli getməkdi. Komandanın 90 illik yubleyini keçirməməyimizə gəlincə, bu, baş vermiş zəlzələ ilə bağlıdı. Bayram qeyd etsəydik, zəlzələ qurbanlarına hörmətsizlik olardı. Oyunlardan əldə edəcəyimi qazancı zəlzələ nəticəsində dünyasını dəyişən 250 nəfərin ailəsinə göndərəcəyik", deyə Roqq bildirib.
 
"Fiorentina"nın çalışdırıcısı bundan başqa klubun sabiq futbolçusu, hazırda isə "İnter"də çıxış edən Stevan Yovetiçin komandaya qayıdıb-qayıtmayacağı məsələsinə də toxunub. O, 3 il öncə 40 milyon avroya "Mançester Siti"yə transfer olunan forvardla bağlı yekun qərarın yaxın günlərdə veriləcəyini bildirib. Roqq monteneqrolu hücumçunu yenidən komandada görmək istədiyini söyləyib.
 
Qeyd edək ki, Yovetiç "Fiorentina" forması ilə 116 oyunda iştirak edib və 35 qol vurub. "Mançester Siti"də 30 oyunda 8 dəfə fərqlənən forvard, "İnter"də də 6 qolla yadda qalıb. Monteneqro millisinin üzvü bunu 25 oyunda bacarıb. Özü isə millidə 40 oyunda 16 qol vurub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right